Həbsxanadan məzarlığa, oradan da... <span style="color:red;">"Lotu Quli" haradadır?  - <span style="color:red;">YENİLƏNİB
25 oktyabr 2017 09:30 (UTC +04:00)

Həbsxanadan məzarlığa, oradan da... "Lotu Quli" haradadır? - YENİLƏNİB

 
 
 

 

Dünən həbsxanadan azad olunan "Lotu Quli"ni məhkəmə önündə anası , həyat yoldaşı və 2 uşağı qarşılayıb.

 

Lent.az-ın məlumatına görə, bu barədə Rusiyanın kriminaldan yazan KİV-ləri məlumat yayıb.

 

Azadlığa çıxandan dərhal sonra Azərbaycanı tərk edən "Lotu Quli" atasının və bir qədər öncə Tiflisdə qətlə yetirilmiş yaxın dostu Elşən Məmmədovun qəbirlərini ziyarət edib. Qulinin İstanbula getdiyi ehtimal olunur.

 

 

 

 

***
 
 
24 oktyabr
 
 
18:17
 
 
“Lotu Quli” ləqəbli Nadir Səlifov bu gün Qaradağ rayon məhkəməsindən buraxılıb.
 
Lent.az-ın qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, özü və vəkilləri onun cəzasının çox hissəsini çəkdiyi üçün vaxtından əvvəl azad olunması ilə bağlı məhkəməyə müraciət ediblər. Məhkəmə Qulinin vəsatətini təmin edib və o, cəzasını qalan qismini çəkməkdən azad edilib. Azadlığa buraxılan Lotu Quli dərhal ölkəni tərk edib.
 
Onun Türkiyə və ya Gürcüstana getməsi barədə məlumatlar dolaşır.
 
 
 
18:10
 
 
 
Lent.az xəbər verir ki, virtualaz.org-a Ədliyyə Nazirliyindən verilən məlumata görə, “Lotu Quli” azadlığa çıxıb və hazırda o, Gürcüstandadır.
 
Qeyd edək ki, məhbəsdə olarkən N.Səlifov uzun illər Gürcüstana ekstradisiya edilməsinə nail olmağa çalışıb.
 
 
 
16:33
 
 
Uzun müddətdir həbsdə yatan kriminal avtoritet Nadir Səlifov ("Lotu Quli") az öncə azadlığa buraxılıb.
 
Lent.az-ın məlumatına görə, bu barədə Musavat.com-a N.Səlifova yaxın olan mənbə xəbər verib.
 
 Qeyd edək ki, Quli 90-cı illərin əvvəllərində xüsusilə ağır cinayət törətməkdə ittiham olunub.
 
 Nadir Səlifov 1972-ci il avqust ayının 28-də Gürcüstanın Dmanisi rayonunda doğulub. “Quli” gürcü dilində “ürək” deməkdir. Kriminal aləm ona bu ləqəbi ürəkli olduğuna görə verib. “Quli” Marneulidə doğulan azərbaycanlı Otari Bədəlovla (“Otar”) yaxın dost olub.
 
“Otar”ın 2003-cü il martın 21-də Moskvadakı “Suşi” barda naməlum şəxslər tərəfindən güllələnməsindən sonra “Lənkəranski”yə “oğru” adı verən “Nardaranlı Mirseymur” da qətlə yetirilib ki, bunu da indiyədək “Quli”nin qisas cavabı hesab edənlər var. İllərdir bu qarşılıqlı qətllər davam edir və son olaraq bu ilin fevralında Moskvadakı “Abşeron” restoranında baş vermiş atışmada da “Quli” və “Lənkəranski” tərəfdarları arasında itkilər olub. Gürcüstan doğumlu azərbaycanlı “qanuni oğru”lar və kriminallar bu davada əsasən “Quli”ni dəstəkləyir. Vaxtilə onlar bu dəstəyi Rusiya kriminalının “xaç atası” sayılan, Gürcüstan doğumlu Aslan Usoyandan da (“Ded Xasan”) alıblar.
 
“Quli”nin Gürcüstana ekstradisiyası məsələsi bir neçə dəfə gündəmə gəlsə də, bu da hansısa səbəbdən mümkün olmayıb.
 
Azərbaycanda qətl hadisəsində suçlu bilinərək 15 il müddətinə azadlıqdan məhrum edilən “Quli”nin vəkillərinin sözlərinə görə, o həbs edildiyi zaman Gürcüstanda verilən keçmiş SSRİ-nin pasportunu daşıyıb. İddiaya görə, “Quli” həbsxanada olduğu bu illərdə Azərbaycan vətəndaşlığı alması ilə bağlı rəsmi müraciət etməyib. 
 
2005-ci ildə isə onun haqqında daha bir qalmaqallı cinayət işi açılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 378
avatar

Oxşar yazılar