Prezident İlham Əliyev Xanbala Orucova general rütbəsi verib. Lent.az AzərTAc-a istinadən xəbər verir ki, dövlət başçısının imzaladığı sərəncamla Xanbala Tubail oğlu Orucova general-mayor ali hərbi rütbəsi verilib.
Qeyd edək ki, X. Orucov Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçusudur. Prezident 2013-cü ildə onu “İgidliyə görə” medalı ilə təltif edib.