<b>Vüqar Əliyev:</b> “ Təhlükəsizlik təmin edilməlidir”
04 fevral 2014 12:45 (UTC +04:00)

Vüqar Əliyev: “ Təhlükəsizlik təmin edilməlidir”

Bu gün Azərbaycan İnternet Forumu, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə “İnternet medianın informasiya təhlükəsizliyi” mövzusunda dəyirmi masa təşkil edilib.


 

APA-nın verdiyi məlumata görə, Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz deyib ki, prezident tərəfindən dövlət və qeyri-dövlət sektorunda informasiya təhlükəsizliyi ilə bağlı qurumlar yaradılıb: “Qeyri-dövlət sektorunda informasiya təhlükəsizliyi ilə bağlı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi təsis edilib”.

 

Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev deyib ki, qloballaşan dünyada internet medianın rolu artır. Dövlət siyasətinin prioritetlərindən biri də məhz informasiyanın azad dövriyyəsinin təmin edilməsi, bu prosesin əsas aləti kimi KİV-in sərbəst fəaliyyətinə zəruri şəraitin yaradılmasıdır: “Hazırda ölkə üzrə internet istifadəçilərinin sayı əhalinin 70 faizini təşkil edir. Son illər genişzolaqlı sürətli internet istifadəçilərinin sayı 50 faizə yaxınlaşıb. Bu gün Azərbaycanda siyasi, iqtisadi, sosial, mədəni və digər sahələri əhatə edən 300-ə yaxın aktiv portal, xəbər sayğı və internet informasiya resursu fəaliyyət göstərir. Qarşıda duran vəzifələrdən biri bütövlükdə dövlətin informasiya təhlükəsizliyinin, eləcə də mili internet məkanının, onlayn medianın təhlükəsizliyinin təmin edilməsidir”.

 

V.Əliyevin sözlərinə görə, məsələyə real yanaşdıqda, görürük ki, mili internet məkanının, onlayn medianın təhlükəsizliyinin təmin edilməsi bilavasitə dövlətin informasiya təhlükəsizliyinin tərkib hissəsidir: “Çünki hazırda inkişaf etməkdə olan ölkələrdə həqiqi məlumatların vaxtında verilməsi daxili və xarici siyasət məsələləri ilə bağlı operativ qərarların qəbuluna təsir göstərir. Belə olduqda mili KİV-lərin, onlayn medianın təhlükəsiz şəraitdə funksionallığının təmin edilməsi dövlət üçün böyük əhəmiyyət kəsb edir, onun təhlükəsizliyinin vacib elementi qismində çıxış edir. İnformasiya təhlükəsizliyi yalnız dövlətin üzərinə düşən vəzifə deyil. Biz azad cəmiyyətdə yaşayırıq, heç kim medianın informasiya yaymaq hüququnu məhdudlaşdıra bilməz. Lakin bu, heç də medianın məsuliyyətdən kənarda qalması kimi anlaşılmamalıdır. Dövlət media üçün təhlükəsiz şərait yaratdığı kimi, media da dövlətin təhlükəsizliyini, ümummilli məsələləri daim diqqətdə saxlamalıdır. Bəzən hansısa yoxlanılmamış, qərəzli, yaxud sifariş xarakterli informasiyalar ölkədə gedən proseslərin, konkret hadisələrin mahiyyətini təhrif edir, ictimaiyyəti çaşdırmağa xidmət göstərir. Bəzi hallarda isə bu, dövlətlərarası münasibətlərə mənfi təsir göstərir, əlaqələrə zərbə vurur. Bu məsələ Azərbaycan kimi müharibə şəraitində yaşayan, ərazisi işğal olunan ölkələr üçün daha çox aktualdır. Deməli, həm dövlətin informasiya təhlükəsizliyi, həm də onlayn medianın təhlükəsiz mühitdə fəaliyyəti dövlət və medianın, bütövlükdə isə bütün cəmiyyətin birgə səyi nəticəsində əmələ gələn məsələdir”.

 

Mətbuat Şurasının sədri Əflatun Amaşov internetin meydana gəlməsi ilə dünyada fikirləri dəyişdiyini nəzərə çatdırıb: “Azərbaycanda təkcə keçən il 170 xəbər portalı yaranıb. Jurnalistlərin sonuncu qurultayında 3 nəfər internet medianın nümayəndəsi Mətbuat Şurasının üzvü seçilib. Mətbuat Şurası internet media ilə bağlı komissiya da yaradıb. 2014-cü ili informasiya ili elan etmişik və bu il internet media ilə bağlı çoxsaylı tədbirlər keçirməyi planlaşdırırıq”.

 

Ə. Amaşov yazılı mediada etik normaları pozmağa meylli şəxslərin internet resurslarda fəaliyyətə başladığını və bununla bağlı Mətbuat Şurasına kifayət qədər şikayətlər daxil olduğunu açıqlayıb: “Buna görə də internet media orqanları Mətbuat Şurasına üzv qəbul edilir. Artıq 10 internet media orqanı üzv qəbul edilib, hazırda baxılmamış 30 ərizə var”.

 

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında ETM-in rəhbəri Faiq Fərmanov hesab edir ki, məlumat təhlükəsizliyi mili təhlükəsizliyin tərkib hissəsi kimi qiymətləndirilməlidir. ETM-in sektor müdiri Rəşad Əliyev saytların təhlükəsizliyinin qorunması sahəsində atılmalı olan addımlardan danışıb.

 

Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət internet casusluğu problemindən söz açıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 580
avatar

Oxşar yazılar

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21