Abşeron rayonunun Masazır qəsəbəsində bədbəxt hadisə baş verib.
Lent.az-ın “report”a istinadən xəbərinə görə, 2014-cü il təvəllüdlü Ağayev Əlimurad Nicat oğlu yaşadığı binanın 6-cı mərtəbəsindən yerə yıxılıb.
Azyaşlı otla örtülü torpaq qatının üzərinə düşdüyündən sağ qalıb. Yaralı əvvəlcə 1 saylı Kiliniki Tibbi Mərkəzə yerləşdirilib. Lakin vəziyyəti orta-ağır olduğundan sonradan Bakıdakı özəl klinikalardan birinə köçürülüb.