<b>Rəhim Qaziyev saxlanılıb</b>
26 dekabr 2017 06:21 (UTC +04:00)

Rəhim Qaziyev saxlanılıb

Azərbaycanın keçmiş müdafiə naziri Rəhim Qaziyev dekabrın 25-də Bakıda saxlanılaraq Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Bölməsinə aparılıb.

 

Lent.az-ın məlumatına görə, bu barədə keçmiş nazirin qardaşı Rahab Qazıyev “Amerikanın Səsinə” bildirib.

 

“Bu gün Bakı vaxtı ilə saat 20 radələrində 17-ci Polis Bölməsindən mənə zəng edib qardaşımın orada saxlanıldığını bildirdilər. Mənə dedilər ki, narahat olmayım, qardaşım polisdə saxlanılır. Növbətçi hissədən qardaşımın burada saxlanıldığını təsdiq etdilər və dekabrın 26-da səhər saat 10-da gəlməyimi məsləhət bildilər”, o qeyd edib.

 

Hüquq-mühafizə orqanları keçmiş nazirin saxlanılması barədə hələ hər hansı məlumat yaymayıb.

 

Rəhim Qazıyev 1992-ci ilin martından 1993-cü ilin fevralınadək Azərbaycanın müdafiə naziri olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 293
avatar

Oxşar yazılar