<b>MN:</b> Xocayanla beynəlxalq normalara uyğun davranılıb
05 mart 2014 13:37 (UTC +04:00)

MN: Xocayanla beynəlxalq normalara uyğun davranılıb

“Ermənistan Müdafiə Nazirliyinin iddiaları növbəti cəfəngiyatdır və heç bir əsası yoxdur”


 

“Azərbaycanda saxlanıldığı müddətdə erməni əsir Mamikon Tiqranoviç Xocayana qarşı beynəlxalq normalara uyğun davranılıb”. Bunu APA-ya açıqlamasında Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Vaqif Dərgahlı bildirib.

 

V. Dərgahlı deyib ki, erməni diversiya qrupunun bələdçisi olan M.Xocayan əsir düşərkən yaralı olub. Yerində tibbi yardım göstərildikdən sonra o, Bakıya gətirilib, Azərbaycan Silahlı Qüvvələrinin Baş Kliniki Hospitalında müayinə olunub, bədənindən güllə çıxarılıb, həkimlər tərəfindən ona zəruri olan bütün yardımlar göstərilib.

 

“Əsir Mamikon Xocayana qarşı beynəlxalq normalara uyğun davranılıb. Əsirlik müddətində Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri ilə görüşdə belə o, heç bir şikayət etməyib. Eləcə də komitə tərəfindən ona qarşı işgəncə faktı qeydə alınmayıb. Ermənistan Müdafiə Nazirliyinin bu iddiaları onların növbəti cəfəngiyatıdır və heç bir əsası yoxdur”, - deyə V. Dərgahlı vurğulayıb.

 

Nazirlik rəsmisinin sözlərinə görə, Azərbaycan tərəfi Ermənistandan fərqli olaraq, həmişə əsirlərə qarşı insani mövqedə dayanır. Belə ki, hazırda Azərbaycanda saxlanılan erməni əsir ailə nə öz ölkəsinə, nə də üçüncü ölkəyə getmək istəmir.

 

Qeyd edək ki, Ermənistan vətəndaşı Xocayan Mamikon Tiqranoviç yanvar ayının 28-də Tovuz rayonunun Əlibəyli kəndi ərazisində saxlanılıb. O, martın 4-də Qazax rayonunun Bala Cəfərli kəndi istiqamətində, qoşunların təmas xəttində qarşı tərəfə qaytarılıb. Azərbaycan Müdafiə Nazirliyi Xocayanın silahlı və əraziyə keçən erməni diversiya qrupunun bələdçisi olduğunu açıqlayıb.

 

Ermənistan Müdafiə Nazirliyi isə əsirlikdən qayıdan M. Xocayanın bədənində müayinə zamanı çox sayda zədə və sınıqların olduğu və əsirlik dövründə Azərbaycanda travmalar aldığı barədə məlumat yayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 419
avatar

Oxşar yazılar

Dişini çəkdirən  gənc oğlan öldü

Dişini çəkdirən gənc oğlan öldü

27 iyul 2024 , 16:38
Ağcabədidə oğurluq edən uşaq saxlanıldı

Ağcabədidə oğurluq edən uşaq saxlanıldı

27 iyul 2024 , 15:38
Qubada DƏHŞƏT:  ata oğlunun asılmış meyitini tapdı

Qubada DƏHŞƏT: ata oğlunun asılmış meyitini tapdı

27 iyul 2024 , 14:55
Bakı və Sumqayıtda dələduzluq edənlər tutuldu

Bakı və Sumqayıtda dələduzluq edənlər tutuldu

27 iyul 2024 , 14:12
Tofiq Yaqublunun nədə ittiham olunduğu BİLİNDİ

Tofiq Yaqublunun nədə ittiham olunduğu BİLİNDİ

27 iyul 2024 , 13:26
Bakıda skuter  evin qabağından oğurlandı

Bakıda skuter evin qabağından oğurlandı

27 iyul 2024 , 13:09
Sumqayıtda evdən meyit tapıldı

Sumqayıtda evdən meyit tapıldı

27 iyul 2024 , 12:53
Bakıda qocaları aldadıb külli miqdarda dələduzluq etdi - VİDEO

Bakıda qocaları aldadıb külli miqdarda dələduzluq etdi - VİDEO

27 iyul 2024 , 12:28