<b>Kriminal avtoritet məhbəsdə öldü</b>
23 oktyabr 2017 11:26 (UTC +04:00)

Kriminal avtoritet məhbəsdə öldü

Azərbaycanda məhbus ölüb.
 
APA-nın məlumatına görə, Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlanılan, 1952-ci il təvəllüdlü Elxan Kərim oğlu Fərhadov xəstəlikdən dünyasını dəyişib.
 
Kriminal aləmin üzvü olduğu bildirilən E. Fərhadov 2009-cu ildə Ağdaş rayonunda keçirilən toy mərasimində qanunsuz gəzdirdiyi “Makarov” tipli tapança ilə həmyerlisi, 1957-ci il təvəllüdlü Rahim Mətləb oğlu İbrahimovu güllələyərək qətlə yetirib.
 
Məhkəmənin qərarı ilə o 15 il müddətinə azadlıqdan məhrum edilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 193

Oxşar yazılar