Siyəzən rayonunda ölümlə nəticələnən yanğın qeydə alınıb. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, dekabrın 14-də saat 10 radələrində Siyəzən rayonunun Çandahar kəndi ərazisində dəniz kənarındakı qayıqlara nəzarət köşkündə yanğın baş verib. Nəticədə köşkün yanar konstruksiyaları və oradakı əşyalar yanıb. Yanğın söndürüldükdən sonra gözətçi - rayon sakini Arif Quliyevin yanmış meyiti tapılıb.
Araşdırma aparılır.