<b>BMT baş katibi Ərdoğanla görüşdü</b>
11 fevral 2017 23:37 (UTC +04:00)

BMT baş katibi Ərdoğanla görüşdü

BMT baş katibi Antoniu Quterriş Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla Suriya və İraqdakı vəziyyəti, habelə Kipr nizamlanmasını müzakirə edib.  APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, görüş İstanbulda baş tutub.

 

BMT mətbuat xidmətinin məlumata görə, baş katib Rusiya ilə birgə Astanada Suriyaya dair konfransın keçirilməsinə görə Türkiyə prezidentinə təşəkkürünü bildirib.

 

Baş katib Suriyada terror və ekstremizmlə mübarizənin vacibliyini qeyd edib.  “Lakin bu səylər xalqın dəstəkləyəcəyi siyasi qərar olmadan uğursuz olacaq”, -  deyə məlumatda bildirilir.

 

Tərəflər həmçinin İraqdakı vəziyyəti müzakirə ediblər. Qutteriş qeyd edib ki, Mosulun və ölkənin digər rayonlarının İŞİD-dən  azad  olunması uğrunda aparılan əməliyyatlar konfessiyalararası ziddiyyətləri şiddətləndirməməlidir: “Terrorla mübarizə milli barışıq simvoluna çevrilməlidir”.  

 

BMT baş katibi və Türkiyə prezidenti həmçinin Kipr nizamlanmasındakı vəziyyəti müzakirə ediblər. Bu mövzuda diskussiyanın təfərrüatları açıqlanmır. 

 

“Anadolu” xəbər agentliyinin məlumatına görə, görüş mətbuat nümayəndələri üçün qapalı olub. Agentliyin xəbərinə görə, Türkiyə prezidenti və BMT baş katibi terrorla mübarizədə birgə addımların atılmasının vacibliyini vurğulayıblar.

 

R.T.Ərdoğan  dünyada sülhün və təhlükəsizliyin təmin olunmasında BMT-nin töhfəsinin əhəmiyyətini qeyd edib və BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasının zəruriliyini vurğulayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 136
avatar

Oxşar yazılar