Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki Vilayət Əsgərov küçəsində baş verən kütləvi zəhərlənmə nəticəsində Kliniki Tibbi Mərkəzin Toksikologiya Mərkəzinə ümumilikdə 43 nəfər gətirilib.
Səhiyyə Nazirliyinin baş toksikoloqu, Kliniki Tibbi Mərkəzin Toksikologiya Mərkəzinin müdiri Azər Maqsudov APA-ya açıqlamasında deyib ki, mərkəzə yerləşdirilən xəstələrin hamısı evə yazılıb.
Onun sözlərinə görə, evə buraxılan 43 nəfərin 5-i uşaq, 11-i kişi, qalanları isə qadınlar olub: “Hazırda mərkəzdə heç bir xəstə qalmayıb. Onların hamısına tibbi yardım göstərildikdən sonra evə buraxılıblar”.