Bakının Xəzər rayonunda bir nəfər intihar etmək istəyib.
Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Xəzər rayonunda 1 nəfər kişi beşmərtəbəli yaşayış binasının damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.
Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.
Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.
Əməliyyat başa çatıb.
**
02:10
Bakının Binə qəsəbəsində intihara cəhdin qarşısı alınıb. APA-nın xəbərinə görə, Əli İsazadə küçəsi, 1 ünvanında yerləşən beşmərtəbəli binanın damına qalxaraq intihar etmək istəyən qəsəbə sakini Сavid Sadiqov bıçaqla özünə xəsarət yetirib. Damda olan polis əməkdaşları həmin an onu saxlayaraq, aşağı endiriblər və hadisə yerinə cəlb edilən həkimlərə təhvil veriblər. Sərxoş vəziyyətdə olan 23 yaşlı С.Sadiqov dərhal xəstəxanaya çatdırılıb.
*****
01.56
Bakının Xəzər rayonu, Binə qəsəbəsində intihara cəhd edən vətəndaşın kimliyi bəlli olub. APA-nın xəbərinə görə, intihara cəhd edən şəxs 1995-ci il təvəllüdlü Sadiqov Сavid Sevindik oğludur. Məlumata görə, 6 ay əvvəl onun Emin adlı 17 yaşlı qardaşı özünü mayın 21-də binanın damından ataraq intihar edib. Hadisənin istintaqı ilə bağlı narazılıq bildirən Sadiqov Сavidin sərxoş olduğu bildirilir.
**** 01.08
Bakının Xəzər rayonu Binə qəsəbəsində vətəndaş intihara cəhd edir. FHN-dən APA-ya verilən xəbərə görə, bıçaqla silahlanmış naməlum şəxs qəsəbə ərazisindəki beş mərtəbəli binalardan birinin damına qalxaraq, intihar etmək niyyətini nümayiş etdirir.
Hadisə yerinə polis əməkdaşları və FHN-nin xilasediciləri cəlb edilib. Ərazidə təhlükəsizlik tədbirləri görülüb. FHN-nin xilasedicilərindən ibarət xüsusi qrup psixoloji söhbət aparmaqla vətəndaşla fikrindən daşındırmağa çalışır.