Bakıda mənzildə meyiti aşkar edilib.
APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbər görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakının Səbail rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1946-cı il təvəllüdlü Adıgözəlov Fariz Əbdülrəhman oğlunun meyitini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.