[b]Bakıda kafe yandı, 3 nəfər yaralandı[/b]
15 yanvar 2017 02:01 (UTC +04:00)

[b]Bakıda kafe yandı, 3 nəfər yaralandı[/b]

0

Bakıda ötən axşam kafedə yanğın baş verib, 3 nəfər xəsarət alıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın  paytaxtın Xətai rayonunda 4 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində vətəndaş tərəfindən icarəyə götürülmüş ümumi sahəsi 100 m2 olan kafedə baş vermişdir. Yanğın nəticəsində kafenin yanar konstruksiyaları, içərisindəki əşyalar 56 m2 sahədə və 2-ci mərtəbədə vətəndaşa məxsus mənzilin eyvanında lambirdən ibarət şkaf, 1 ədəd pəncərə çərçivəsi, 1 ədəd kondisioner yanmış, yüksək temperaturdan lambirdən ibarət tavan 9 m2 sahədə əriyib. Yanğın zamanı 3 nəfər xəsarət alıb. Yanğınsöndürənlər tərəfindən 10 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Kafenin qalan hissəsi və mənzillər yanğından mühafizə olunub.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 332

Oxşar yazılar