<b>Bakıda iki maşın toqquşdu, sürücülər dalaşdı</b>
27 dekabr 2017 23:58 (UTC +04:00)

Bakıda iki maşın toqquşdu, sürücülər dalaşdı

Bakının Xətai rayonu ərazisində iki avtomobil toqquşub.

 

APA-nın məlumatına görə, avtoqəza metronun "Xətai" stansiyasının yaxınlığında, Süleyman Vəzirov küçəsində baş verib.

 

Məlumata görə, "Ford" markalı kiçik tutumlu yük maşını ilə "Mercedes" markalı minik maşınının toqquşması sonradan sürücülərin mübahisəsi ilə müşahidə edilib.

 

Nəticədə "Mercedes" markalı avtomobilin sürücüsü digər sürücüyə yumruqla xəsarətlər yetirib. Onun iddiasına görə, həmin sürücünün idarə etdiyi yük maşını qəfildən onun yoluna çıxıb və qəzaya səbəb olub.

 

Əraziyə sonrada Xətai RPİ-nin əməkdaşları və təcili tibbi yardım xidməti cəlb edilib. Yumruq zərbələri alan "Ford"un sürücüsünə hadisə yerində ilkin tibbi yardım göstərilib. Bundan sonra hər iki sürücü ifadələrinin alınması üçün polis orqanına aparılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 282
avatar

Oxşar yazılar

Bakıda QƏZA:  İşıqfor yerindən qopdu-FOTO -YENİLƏNİB

Bakıda QƏZA: İşıqfor yerindən qopdu-FOTO-YENİLƏNİB

12 dekabr 2024 , 01:03
Bakıda dörd  “Toyota”  toqquşdu

Bakıda dörd “Toyota” toqquşdu

11 dekabr 2024 , 23:57
Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

11 dekabr 2024 , 21:23
Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

11 dekabr 2024 , 19:33
İfadə verməyə çağırıldı: özünü binadan atdı

İfadə verməyə çağırıldı: özünü binadan atdı

11 dekabr 2024 , 18:54
Qafar Dəmirçi həbs edildi

Qafar Dəmirçi həbs edildi

11 dekabr 2024 , 18:05
Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

11 dekabr 2024 , 18:03
Bakıda həbsxanada ÖLÜM

Bakıda həbsxanada ÖLÜM

11 dekabr 2024 , 17:10