[b]Bakıda gənc sevgililər ev sahibinin paltarlarını götürüb qaçdı[/b]
14 yanvar 2018 20:00 (UTC +04:00)

[b]Bakıda gənc sevgililər ev sahibinin paltarlarını götürüb qaçdı[/b]

Bakı sakini evində baş vermiş oğurluq hadisəsi ilə bağlı polisə şikayət edib. Lent.az xəbər verir ki, 1946-cı ildə anadan olmuş Şərifov Möhübbət Nemət oğlu əriz ilə müraciət edərək bildirib ki, Naximov küçəsi döngə 2, ev 38 ünvanında kirayə verdiyi mənzildən kirayənişinlər oğurluq edib. Belə ki, orada kirayədə yaşayan gənc sevgililər: 1994-cü il təvəllüdlü Tural Həsənovla 1997-ci ildə anadan olmuş Əfsanə Kərimova evdən 2 ədəd perforator, 1 ədəd laqunda, pensiya kartı, ev sahibinə və həyat yoldaşına məxsus geyim əşyalarını götürərək qaçıblar.

 

Müraciət əsasında araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 120
avatar

Nizam Rza

Oxşar yazılar