Bakıda oğurluq etdiyinə görə tutulmuş şəxsin digər cinayət əməli üzə çıxıb. Lent.az Daxili İşlər Nazirliyinin sytına istinadən xəbər verir ki, oğurluq etdiyinə görə tutulmuş Zaur Süleykinin ətrafında Yasamal RPİ 29-cu PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun dekabrın 5-də rayon ərazisindəki evlərin birindən 10.000 manat və 800 ABŞ dolları, habelə 5.000 manat dəyərində qızıl əşyalar oğurlaması da müəyyən edilib.
Araşdırmalar davam etdirilir.