<b>Bakıda daha bir körpə ölümü </b>
11 noyabr 2016 10:01 (UTC +04:00)

Bakıda daha bir körpə ölümü

 

Bakıda doğuş zamanı körpə ölümü baş verib.

 

Nəsimi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Rəsul Rza küçəsində yerləşən “İnternational Medical Centre”də qeydə alınıb.

 

Oraya doğuş üçün müraciət edən qadının doğuş zamanı körpəsi ölüb.    

 

Məlumata görə, bu, qadının ilk hamiləliyi olub.

 

Adı açıqlanmayan qadının vəziyyətinin isə normal olduğu bildirilir.

 

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 249
avatar

APA Baycan

Oxşar yazılar