[b]Bakıda 19 yaşlı oğlan bıçaqlandı[/b]
22 dekabr 2017 03:29 (UTC +04:00)

[b]Bakıda 19 yaşlı oğlan bıçaqlandı[/b]

Gecə saatlarında Bakının Səbail rayonunda bıçaqlanma olub. APA-nın məlumatına görə, hadisə Nizami küçəsində qeydə alınıb.

 

Hadisə nəticəsində paytaxt sakini, 1998-ci il təvəllüdlü Zeynalov Rəşan İlkin oğlu aldığı üç bıçaq xəsarəti ilə 1 saylı Xəstəxanaya çatdırılıb. Cərrahi əməliyyatdan sonra onun vəziyyətinin orta ağır olduğu bildirilir.

 

Bıçaqlanma faktının təfərrüatlarını Səbail RPİ-nin 39-cu polis bölməsinin əməkdaşları araşdırır. İlkin ifadəsi zamanı 19 yaşlı Rəşan tanımadığı şəxslə mübahisə zamanı bıçaqlandığını deyib.

 

Təfərrüatlar araşdırılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 189
avatar

Oxşar yazılar