<b>Aşurada ziyarətgahdan maşın oğurlayan şəxs tutuldu  </b>
23 oktyabr 2016 01:47 (UTC +04:00)

Aşurada ziyarətgahdan maşın oğurlayan şəxs tutuldu

Gəncədə Aşura günü İmamzadə ziyarətgahından avtomobil oğurlayan şəxs saxlanılıb.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, oktyabrın 12-də Goranboy rayon sakini İlkin Məmmədov Gəncə şəhər Baş Polis İdarəsinə müraciət edərək ona məxsus “VAZ 21011” markalı avtomobilin İmamzadə ziyarətgahı yaxınlığında oğurlandığını bildirib. İlkin Məmmədov qeyd edib ki, o ailə üzvləri ilə birlikdə ziyarətgaha gələrək avtomobili dayanacaqda park edib. 2 saatdan sonra getmək istəsə də maşınını yerində tapmayıb.

 

Gəncə şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi və Kəpəz rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri zamanı avtomobili şəhərin Natəvan qəsəbə sakini 31 yaşlı Mehman Həsənovun oğurladığı məlum olub. O avtomobili yaşadığı evin həyətinə apararaq hissələrə bölərək  bir hissəsini satıb, bir qismini isə qonşusu Anar Həsənovun həyətində saxlayıb.

 

Saxlanılan şəxslərin yaşadıqları Natavan qəsəbəsində evlərinə baxış keçirilən zamanı həyətyanı sahələrdə aqrotexniki qaydada qulluq olunmuş narkotik vasitə olan marixuana kolları aşkar olunaraq götürülüb.

 

Məlumata görə, saxlanılan Mehman Həsənov əvvəllər oğurluğa görə, Anar Həsənov isə narkotik vasitələrin qanunsuz saxlanılmasına görə məhkumluq həyatı yaşayıblar.

 

Faktla bağlı cinayət işi açılıb, araşdırmalara davam etdirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 210
avatar

Oxşar yazılar