Lənkəranda ana və oğlu dəm qazından zəhərlənib. APA-nın cənub bürosunun xəbərinə görə, hadisə rayonun Kərgəlan kəndində baş verib. Məlumata görə, 1957-ci il təvəllüdlü Əliyeva Əsli Məcid qızı və onun oğlu.1981-ci il təvəllüdlü Əliyev İlkin İntiqam oğlu ev şəraitində dəm qazından zəhərləniblər. Onlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriliblər.
Vəziyyətlərinin orta ağır olduğu bildirilir.