Gəncədə gözəllik salonunun qapısını sındırdılar
17 dekabr 2017 13:27 (UTC +04:00)

 Gəncədə gözəllik salonunun qapısını sındırdılar

0

Gəncədə oğurluq hadisəsi baş verib. Lent.az xəbər verir ki, şəhərin Kəpəz rayonunda naməlum şəxs və ya şəxslər gecə saatlarında Heydər Əliyev prospektində yerləşən və Abdullayeva Telli Bayram qızına məxsus olan gözəllik salonundan oğurluq edib. Qapını sındırmaq yolu ilə salona daxil olan şəxslər oradan 100 manat pul oğurlayıb.

 

 

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 294

Oxşar yazılar