Gəncədə yol-nəqliyyat hadisəsi yerindən yayınan sürücü tutulub. Lent.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, dekabrın 22-də Gəncə şəhərinin Xətai prospektində müəyyən edilməmiş avtomobillə yolu keçən şəhər sakini Validə Rüstəmova vurulub. Xəsarət almış piyada xəstəxanaya yerləşdirilib. Gəncə Şəhər Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidməti və Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə yol-nəqliyyat hadisəsinin “Mitsubishi” markalı avtobusla törədilməsi müəyyən edilib. Görülmüş tədbirlərlə piyadanı vuraraq hadisə yerindən yayınmaqda şübhəli bilinən avtobusun sürücüsü - şəhər sakini Elman Musayev saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırma aparılır.