“Mercedes” motosikletlə toqquşdu, sürücülər dalaşdı
12 dekabr 2013 11:46 (UTC +04:00)

“Mercedes” motosikletlə toqquşdu, sürücülər dalaşdı

Xaçmazda sürücülərin davası ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

 

Hadisə şəhərin Rəşid Behbudov və İsmət Qayıbov küçələrinin kəsişməsində qeydə alınıb. Belə ki, Rəşid Behbudov küçəsində hərəkətdə olan “90 MV 923” dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobil qarşıdan gələn motosikletlə toqquşub. Nəticədə motosikletin sürücüsü, 28 yaşlı İmran Novruzov xəsarət alıb. Qəzadan sonra sürücülər arasında dava düşüb. İmran Novruzov müxtəlif bədən xəsarətləri ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin stabil olduğu bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.

# 777
avatar

Oxşar yazılar