“Lada” SOСAR-ın avtobusuna çırpıldı: yaralı var
12 yanvar 2017 21:35 (UTC +04:00)

“Lada” SOСAR-ın avtobusuna çırpıldı: yaralı var

0

Şirvanda baş verən avtoqəzada sürücü xəsarət alıb.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Şirvan sakini, H.Əliyev küçəsi,  1983-cü il təvəllüdlü Əmirov Xəyal Qabil oğlunun idarə etdiyi “Lada” markalı 50 CG 477 dövlət nömrə nişanlı avtomobil yolda dayanan H 028 519 dövlət nömrə nişanlı SOСAR şirkətinə məxsus avtobusa arxadan çırpılıb. Nəticədə sürücü yüngül bədən xəsarətlərlə Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı Şirvan Polis Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 434

Oxşar yazılar