Gədəbəydə avtomobil aşıb, sürücü xəsarət alıb.
APA-nın qərb bürosunun məlumatına görə, Qarı kəndində qeydə alınıb. Kənd sakini 1966-cı il təvəllüdlü Oqtay Sarıyev idarə etdiyi “Hyundai” markalı avtomobillə hərəkət edərkən, maşını aşırıb. Qəza zamanı müxtəlif bədən xəsarətləri alan sürücü Gəncə şəhər təcili tibbi yardım xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı Gədəbəy rayon Polis Şöbəsində araşdırma aparılır.