İngiltərənin “Çelsi” komandası futbol üzrə Çempionlar Liqasının 1/8 final mərhələsində Türkiyə “Qalatasaray”ı ilə keçirəcəyi ilk oyun öncəsi zədə problemi ilə üzləşib. Lent.az-ın məlumatına görə, “zadəganlar”ın heyətində Oskar, Ramires, David Luis və Con Obi Mikel hələ də sağalmayıb.
Baş məşqçi Joze Mourinyo bu oyunçularla bağlı qərarını fevralın 25-də verəcək. Digər tərəfdən, qışda alınan Nemanya Matiç meydana çıxa bilməyəcək. Buna səbəb 26 yaşlı yarımmüdafiəçinin mövsümün ilk yarısında Portuqaliya “Benfika”sının heyətində Çempionlar Liqasında oynayıb.
Qeyd edək ki, fevralın 26-da keçiriləcək “Qalatasaray” – “Çelsi” matçı Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.