“ArmenTel”in kommersiya direktoru qar uçqununda ölüb
04 fevral 2014 11:37 (UTC +04:00)

“ArmenTel”in kommersiya direktoru qar uçqununda ölüb

Ermənistanın iri mobil operatoru olan “ArmenTel”-in kommersiya direktoru, Gürcüstan vətəndaşı Arçil Maqradze Ermənistanın Tsaxkadzor qış kurortunda vəfat edib.


 

APA-nın “İzvestiya” qəzetinə istinadən verdiyi xəbərə görə, Ermənistan Fövqəladə Hallar Nazirliyi 35 yaşlı biznesmenin cəsədini fevralın 3-də aşkar etdiyi barədə məlumat yayıb.

 

Məlumatda qeyd olunur ki, A. Maqradze fevralın 2-də qış kurortuna “snoubord”da sürüşməyə gedib, növbəti gün işə gəlmədiyinə və telefon zənglərinə cavab vermədiyinə görə iş yoldaşları onun itkin düşməsi barədə FHN-ə məlumat veriblər.

 

Nazirliyin əməkdaşları biznesmeni kinoloqların köməyi ilə tapa biliblər. İlkin məlumata görə, A. Maqradze “snoubord”da sürüşərkən yolu azıb və geri qayıtmaq istəyərkən qar uçqununa düşüb.

 

Qar uçqunundan çıxa bilməyən biznesmen don vurmadan ölüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 551
avatar

Oxşar yazılar