Masallı sakinindən külli miqdarda narkotik götürülüb. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Biləsuvar rayonu ərazisində Masallı rayon sakini, əvvəllər məhkum olunmuş Anar Məmmədovdan 7 kiloqram tiryək aşkar edilərək götürülüb.
Araşdırma aparılır.