6 otaqlı evdə güclü partlayış
04 fevral 2014 16:29 (UTC +04:00)

6 otaqlı evdə güclü partlayış

Tovuz şəhərində partlayış hadisəsi baş verib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, vətəndaşa məxsus hər mərtəbəsi 180 kv.m olan ikimərtəbəli 6 otaqlı evdə qaz sızması nəticəsində partlayış olub. Nəticədə evin dam örtüyü çöküb, 2-ci mərtəbənin daşıyıcı divarlarının bir hissəsi deformasiyaya uğrayıb. Yanğın hadisəsi olmayıb.

 

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 542

Oxşar yazılar