Şamaxıda dəhşətli intihar baş verib. Rayon polisi şöbəsindən Lent.az-a verilən məlumata görə, Muğanlı kənd sakini, 1950-ci il təvəllüdlü Süsən Həsən qızı Hacıyeva özünü yandırıb.
Hadisə kəndin yaxınlığında yerləşən Sitəm piri adlanan ziyarətgahda baş verib. 64 yaşlı qadın bu gün səhər saatlarında ziyarətgaha gəlib və üstünə benzin tökərək özünü yandırıb. Hadisə vaxtı yaxınlıqda olanlar onu xilas edə bilməyiblər.