60 yaşlı qadın dəm qazından boğularaq ölüb
26 mart 2014 20:01 (UTC +04:00)

60 yaşlı qadın dəm qazından boğularaq ölüb

0
Bakıda dəm qazı daha bir nəfərin həyatına son qoyub.

Suraxanı Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün Bülbülə qəsəbəsində yerləşən fərdi yaşayış evlərindən birində qeydə alınıb.

 

Bülbülə qəsəbə sakini, 60 yaşlı Nailə Allahverdiyeva hamamda çimərkən dəm qazından boğularaq ölüb.

 

Faktla bağlı Suraxanı Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 700

Oxşar yazılar