Baş Dövlət Yol Polisi İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə bu gün saat 18:00 radələrində Bakı-Qazax magistral yolunun 399-cu km-liyində, Şəmkir rayonunun Muxtariyyə kəndi ərazisindən keçən hissəsində baş verib.
Şəmkir rayon sakini, 1977-ci il təvəllüdlü Şahin Rüstəmov idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən piyada, Şəmkir rayon Muxtariyyə kənd sakini, 1957-ci il təvəllüdlü Eyvaz Vəliyevi vurub. Xəsarət alan E.Vəliyev hadisə yerində dünyasını dəyişib.
Hadisə ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.