Lənkəran rayonunda yanğın olub.
Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Boladı kəndində vətəndaşa məxsus umumi sahəsi 221 m2 olan kürsülü, birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 17:26-da yanğınsöndürənlər tərəfindən söndürülüb.