Sumqayıtda 40 yaşlı qadın intihara cəhd edib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Sumqayıt şəhərində 1 nəfər qadının intihara cəhd etməsi barədə FHN-in “112” qaynar telefon xəttinə məlumat daxil olub. Hadisə yerinə cəlb edilən xilasedicilər əməliyyat şəraitini qiymətləndirərkən müəyyən olub ki, 1974-cü il təvəllüdlü qadın dördmərtəbəli binanın sonuncu mərtəbəsinin eyvanından özünü aşağı atmaq niyyətindədir. Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə vətəndaşla müvafiq söhbətlər aparıb, digər xilasedicilər yaranan əlverişli şəraitdən istifadə edərək mənzilin qapısını açıb və qadını tutaraq intihara cəhd qarşısını alıblar.
Qeyd edilən şəxs aidiyyəti üzrə təhvil verilib.