3 nəfər bədbəxt hadisənin qurbanı oldu
07 fevral 2014 13:34 (UTC +04:00)

3 nəfər bədbəxt hadisənin qurbanı oldu

Fevralın 6-da Binəqədi rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, rayon sakini Söhbət Mürsəlov evində dəm qazından zəhərlənərək ölüb.

 

Bundan başqa fevralın 6-da Xəzər rayonu Albalılıq yaşayış sahəsində yaşayan Mətləb Əhədov evinin damında təmir işləri apararkən yıxılıb və xəstəxanaya yerləşdirilib. Göygöl rayonu Balçılı kənd sakini Vahid Quliyev isə ehtiyatsızlığı nəticəsində evinin damından yıxılaraq ölüb.

 

Daha bir nəfər isə Nəsimi rayonu A.Mustafayev küçəsindən koma halında xəstəxanaya gətirilib və orada ölüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 672
avatar

Oxşar yazılar