Qızıl mağazasında qarət: 3 kilo qızılı oğurlayanlar ələ keçdi
20 yanvar 2017 12:22 (UTC +04:00)

Qızıl mağazasında qarət: 3 kilo qızılı oğurlayanlar ələ keçdi

0

İmişli rayonunda qızıl mağazasından 3 kiloqram qızıl oğurlamaqda şübhəli bilinən şəxs tutulub.

 

Lent.az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, İmişli RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il noyabrın 16-da rayon ərazisindəki qızıl mağazalarından birindən 3 kiloqram qızıl əşyaları oğurlamaqda şübhəli bilinən Şahverdili kənd sakini İsmayıl Əmirov tutulub, daha 1 nəfər isə müəyyən edilib.

 

İ.Əmirovun həyətinə baxış zamanı oradan torpağa basdırdığı 1 kiloqram 488 qram (299) adda qızıl əşyalar maddi sübut kimi götürülüb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 344

Oxşar yazılar