Bu gün Kür çayının Sabirabad rayonu ərazisindən keçən hissəsində 1 nəfər batıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, çayın Mürsəlli kəndi ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 1991-ci il təvəllüdlü 1 nəfərin axtarışlarına Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri cəlb olunub.
Hadisə ilə bağlı araşdırmalar aparılır.