***
02/25/2014
Azərbaycanda 21 yaşlı ana üçəm dünyaya gətirib. Lent.az-ın modern.az-a istinadən verdiyi xəbərə görə, bu barədə üçəmlərin babası Fədail Həsənov bildirib. Məlumata görə, körpələr ötən gecə saat 01.00-da dünyaya gəliblər:
“Daşkəsən rayonundanıq. Körpələrin üçü də oğlandır. Doğuş Bakı Perinetal Mərkəzində baş verib. Birinin çəkisi 2 kq 100 qram, ikincininki 2 kq, üçüncününkü isə 1 kq 650 qramdır. Anasının vəziyyəti yaxşıdır. Xəstəxanadan çıxandan sonra onları saxlamağa dövlətdən kömək istəyirik. Üçəmlərin anası Səidə Həsənova 21 yaşındadır, vəziyyəti yaxşıdır. Bu üçəmlərdən əvvəl də bir qızı olub. Uşaqların atası müəllimdir”.