Maşının oturacağında gizlədilən 17 400 ədəd siqaret aşkar edildi
12 noyabr 2016 12:25 (UTC +04:00)

Maşının oturacağında gizlədilən 17 400 ədəd siqaret aşkar edildi

0

Rusiya Federasiyası  istiqamətindən Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunun idxal gömrük nəzarəti zonasına  daxil olan  Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi  nəqliyyat vasitəsinə baxış keçirilib. Lent.az-ın Dövlət Gömrük Komitəsinin saytına istinadən verdiyi məlumata görə, yoxlama zamanı avtomobilin arxa oturacağının altından və yük yerindən gömrük nəzarətində gizlədilən 17 400 ədəd siqaret aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 365

Oxşar yazılar