Ukraynada  öldürülən ailə   Azərbaycanda dəfn edildi
16 mart 2022 12:05 (UTC +04:00)

Ukraynada öldürülən ailə Azərbaycanda dəfn edildi

Fevralın 27-də Ukraynadan Moldovaya keçmək istəyən zaman naməlum silahlı dəstə tərəfindən qətlə yetirilən Azərbaycan vətəndaşı olan bir ailənin 4 üzvü Göygöldə dəfn edilib.

Lent.az-ın APA-ya istinadla xəbərinə görə, onlar Göygöl rayonunda, Murovdağ qəbiristanlığında torpağa tapşırılıb.

Xatırladaq ki, fevralın 27-də Odessa vilayətindən Moldova istiqamətinə avtomobillərlə keçmək istəyən 40 nəfərdən artıq azərbaycanlı Kuçurqan sərhəd keçid məntəqəsində naməlum şəxslərin silahlı hücumuna məruz qalıb.

Nəticədə yaralanan İsmayılov Rəhim Əli oğlu, onun oğlu Azər İsmayılov, qardaşı Nemət İsmayılov hadisə yerində ölüb.

Rəhim İsmayılovun bacısı oğlu 25 yaşlı Camal Salmanov isə xəstəxanada dünyasını dəyişib.

Əslən Kəlbəcər rayonundan olan ailə üzvləri Gəncə şəhərində məskunlaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2113

Oxşar yazılar