Türkiyədə fahişəlik edən  azərbaycanlı qadınlar  ölkədən qovuldu
11 iyul 2024 16:25 (UTC +04:00)

Türkiyədə fahişəlik edən azərbaycanlı qadınlar ölkədən qovuldu

Konyada polisin əcnəbi qadınları pul qarşılığında fahişəliyə məcbur edən şübhəlilərə qarşı təşkil etdiyi "Piyon" adlı əməliyyatda saxlanılan 8 nəfərdən 5-i həbs edilib, 3-ü isə məhkəmə nəzarəti qərarı ilə sərbəst buraxılıb. 

Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Konya Təhlükəsizlik Müdirliyi Asayiş Şöbəsi Etik Büro Komandirliyi qrupları əcnəbi qadınları pul qarşılığında fahişəliyə məcbur edən şəbəkəni təsbit edib.  

Polis təxminən 3 aylıq texniki və fiziki təqibdən sonra “Piyon” adlı əməliyyata başlayıb. Daha əvvəl təyin olunan 34 ünvanda eyni vaxtda keçirilən əməliyyatda 1-i Kayseridə olan C.U., M.A.D., O.Ç., A.K., U.B., K.Ç., Ş.B. və S.U. O, saxlanılıb.  

Şübhəlilərin evində aparılan axtarış zamanı 1 ədəd ov tüfəngi, 50 ədəd narkotik həb, 25 min 660 dollar, 95 min 205 Türkiyə lirəsi, 70 min Özbəkistan somu və qızıl sırğa və bilərziklər ələ keçirilib.

 

Əməliyyat çərçivəsində zərərçəkmiş Özbəkistan, Qırğızıstan və Azərbaycan vətəndaşı olan 24 qadının da ifadələri alınıb. Şübhəlilərin qadınların fotoşəkillərini çəkdikləri, kataloq yaratdıqları, internet saytlarında dərc etdikləri, gecəlik 5-6 min türk lirəsinə müştəri tapdıqları və seçilmiş qadınları taksi ilə görüş yerinə göndərdikləri müəyyən edilib.  

24 qurban qadın ifadələrindən sonra deportasiya edilib.

Şübhəlilər arasında C.U., M.A.D., O.Ç., A.K. və U.B, K.Ç., Ş.B. və S.U. O, məhkəmənin qərarı ilə azadlığa buraxılıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4986
avatar

Oxşar yazılar