Tərtərdə "Jiquli" iki qadını vurdu, biri öldü
18 avqust 2026 19:49 (UTC +04:00)

Tərtərdə "Jiquli" iki qadını vurdu, biri öldü

0

Tərtərdə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Bərdə-Ağdam avtomobil yolunun Tərtər rayonunun Hüsənli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan “VAZ-2107” markalı minik avtomobili iki piyadanı vurub. İlkin məlumata görə, piyadaların hər ikisi qadındır.

Onlardan biri hadisə yerində ölüb, digəri isə ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 238

Oxşar yazılar