Şəmkirdə müəllimlərin maşını aşdı, ölən var
11 iyun 2025 12:32 (UTC +04:00)

Şəmkirdə müəllimlərin maşını aşdı, ölən var

Şəmkirdə ölümlə nəticələnən yol qəzası olub.

Lent.az xəbər verir ki, hadisə Bakı-Qazax-Gürcüstan magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Avtomobil idarəetmədn çıxaraq yolun kənarına aşıb.

Nəticədə avtomobildə olan sərnişin 31 yaşlı H.İsmayılova ölüb. Onun övladı 4 yaşlı Əli İsmayılov və sürücü, 24 yaşlı Ş.Huseynova xəsarət alıb.

Qəzada ölən H.İsmayılova və xəsarət alan Ş.Hüseynovanın Şəmkir rayonun Dəllər Cırdaxan kənd orta məktəbinin müəllimləri olduğu bildirilir.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1038

Oxşar yazılar