Samuxda süni sututarda 23 yaşlı mühafizəçi batdı-YENİLƏNİB
09 fevral 2025 17:11 (UTC +04:00)

Samuxda süni sututarda 23 yaşlı mühafizəçi batdı-YENİLƏNİB

Samuxda süni sututarda batan şəxsin kimliyi məlum olub.

Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, rayonun Sarıqaya kəndində süni sututarında batan Goranboyun Bağçakürd kənd sakini 2002-ci il təvəllüdlü C.Əliyevdir.

FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən həyata keçirilən tədbirlər nəticəsində meyit sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki C.Əliyev sözü gedən ərazidə yerləşən şirkətlərin birində mühafizəçi işləyirmiş.

Faktla bağlı araşdırma aparılır.

***

saat 16.41

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Samux rayonunun Sarıqaya kəndində süni sututarında 1 nəfərin batması barədə məlumat daxil olub.

Lent.az-ın xəbərinə görə, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində meyit sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

 

***

saat 15.46

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Samux rayonu, Sarıqaya kəndində hovuzda 1 nəfərin batması barədə məlumat daxil olub.

Lent.az-ın xəbərinə görə, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Əlavə məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3024

Oxşar yazılar

Lənkəranda hosteldə meyit tapıldı

Lənkəranda hosteldə meyit tapıldı

21 mart 2025 , 19:44
Gözətçinin meyiti məktəbdə tapıldı

Gözətçinin meyiti məktəbdə tapıldı

21 mart 2025 , 19:18
Evdə qaz balonu partladı-Xəsarət alanlar var

Evdə qaz balonu partladı-Xəsarət alanlar var

21 mart 2025 , 19:02
Bakıda diqqətsizlik piyadanın ölümünə səbəb oldu-VİDEO

Bakıda diqqətsizlik piyadanın ölümünə səbəb oldu-VİDEO

21 mart 2025 , 18:34
Gədəbəydə qar uçqununa düşən iki əsgərin meyitləri tapıldı

Gədəbəydə qar uçqununa düşən iki əsgərin meyitləri tapıldı

21 mart 2025 , 17:53
Bakıda bayram günü zəncirvarı qəza

Bakıda bayram günü zəncirvarı qəza

21 mart 2025 , 17:35
Bilmədən sirkə turşusu içdi, öldü

Bilmədən sirkə turşusu içdi, öldü

21 mart 2025 , 16:18
Sumqayıt bulvarında 27 yaşlı oğlanın meyiti tapıldı

Sumqayıt bulvarında 27 yaşlı oğlanın meyiti tapıldı

21 mart 2025 , 16:13