Samuxda AĞIR QƏZA:  Ölənlər var -YENİLƏNİB-1
08 sentyabr 2024 00:04 (UTC +04:00)

Samuxda AĞIR QƏZA: Ölənlər var -YENİLƏNİB-1

Samuxda yol qəzasında ölənlərin sayı ikiyə çatıb. 

APA xəbər verir ki, hadisə nəticəsində "Lada" avtomobilinin sürücüsü 1948-ci il təvəllüdlü Elxan Əhmədov da dünyasını dəyişib. 


***
22:08

Samuxda ölümlə nəticələn yol qəzası baş verib.

Lent.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımovun APA-ya bildirdiyinə görə, "Hyundai" və "Lada-21015" markalı avtomobillərin toqquşması nəticəsində "Lada" avtomobilinin sürücüsü E. Əhmədov müxtəlif bədən xəsarətləri alıb.

Sərnişin 1945-ci il təvəllüdlü Gilə Məmmədova isə aldığı xəsarərlərdən ölüb.

Hadisə yerinə Samux RPŞ-nin əməkdaşları cəlb olunub, araşdırmalar davam etdirilir.



Samuxda ölümlə nəticələn yol qəzası baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun mərkəzində qeydə alınıb.

Hərəkətdə olan "Hyundai" markalı maşınla "VAZ " markalı avtomobil toqquşub.

Qəza zamanı 1 nəfər ölüb, bir neçə nəfər xəsarət alıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1131
avatar

Oxşar yazılar