Salyanda kişi balıq bişirməyən  arvadını döydü
10 oktyabr 2026 16:06 (UTC +04:00)

Salyanda kişi balıq bişirməyən arvadını döydü

0

Salyanda kişi arvadını döyüb.

Lent.az xəbər verir ki, hadisə rayonun kəndlərindən birində qeydə alınıb.

43 yaşlı Şamil Atakişiyev (şərti adla) yaşadıqları evdə arvadı Mənsurəni (şərti adla) sillə zərbəsi ilə vurub. Qadının şikayəti əsasında Şamil barəsində müvafiq maddə ilə protokol tərtib olunub.

Ş. Atakişiyevin sözlərinə görə, hadisə olan günü evə gələrkən birgə yeməkləri üçün balıq alıb. Həyat yoldaşına balığı təmizləyib bişirməyini deyib. Lakin Mənsurə ona kobud reaksiya verdiyi üçün tərəflər arasında mübahisə yaranıb. Mübahisə zamanı arvadının başına bir sillə zərbəsi vurub. O bildirib ki, həmin vaxt arvadının xəstə və qızdırmalı olduğunu bilsəydi, belə etməzdi. Hadisədən sonra qadın ata evinə gedib və geri qayıtmayıb. Şamilin sözlərinə görə, hazırda himayəsində 3 övladı və 80 yaşlı xəstə anası var.

Zərərçəkən qadın da hadisəni ərinin dediyi kimi danışıb. Onun sözlərinə görə, uşaqlarına özü baxa bilər. Mənsurə Atakişiyeva əri ilə barışmadığını deyərək, onun həbs edilməsini istəyib.

Məhkəmənin qərarı ilə Ş. Atakişiyev 500 manat məbləğində inzibati qaydada cərimələnib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 272

Oxşar yazılar