Şair Qərib Mehdi vəfat etdi
20 yanvar 2026 21:39 (UTC +04:00)

Şair Qərib Mehdi vəfat etdi

1

Əməkdar jurnalist, şair Qərib Mehdi 90 yaşında vəfat edib.

Lent.az xəbər verir ki, bu barədə APA-ya teatrşünas Anar Bürcəliyev məlumat verib.

O bildirib ki, şair iki gün əvvəl səhhətində yaranmış ani problemlər səbəbilə xəstəxanaya yerləşdirilib.

Qərib Mehdi sabah Gəncədə “İmamzadə” qəbiristanlığında dəfn ediləcək.

Qeyd edək ki, Qərib Mehdi 21 iyun 1936-cı il Qəbələ rayonunun Mirzəbəyli kəndində anadan olub. Kiçik yaşlarında ailəliklə Gəncə şəhərinə köçüblər. 

1971-ci ildən H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunda çıxan çoxtirajlı "Yüksəliş" qəzetinin redaktoru vəzifəsində çalışıb. O, 1979-cu ildən Gəncə şəhəri Alimlər Evi nəzdində olan "İlham" ədəbi birliyinə rəhbərlik edib. 10-dan çox bədii kitabı işıq üzü görüb. Pyesləri Gəncə Dövlət Dram Teatrında səhnələşdirilib. 

2009-cu ildə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Əməkdar jurnalist fəxri adına layiq görülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 396

Oxşar yazılar