İyulun 6-da saat 18:30-da Saatlı rayonu, Dədə Qorqud kəndində 72yaşlı Ağayev Ramiz Gülabdin oğlunun yaşadığı evdə şüşə parçası ilə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən, 24 yaşlı oğlu Ağayev Rabil Ramiz oğlu saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırma aparılır.