Rusiyanın axtarışa verdiyi azərbaycanlı Bakıda tutulub.
Lent.az-ın əldə etdiyi məlumata görə, 1994-cü il təvəllüdlü Nurlan Abuşov Rusiya Cinayət Məcəlləsinin 158-ci (oğurluq) maddəsi ilə təqsirli bilinib.
Rusiya hüquq-mühafizə orqanları Nurlan Abuşov barəsində dövlətlərarası axtarış elan edib.
Azərbaycan polisinin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində Nurlan Abuşov Bakı şəhərində tutulub.