Qubada DƏHŞƏT:  Ana yeni doğduğu körpəsini öldürmək istədi
28 fevral 2025 12:13 (UTC +04:00)

Qubada DƏHŞƏT: Ana yeni doğduğu körpəsini öldürmək istədi

Ötən gün bir qadın böyrək sancısı ilə bağlı Quba Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.

Müraciət edən 34 yaşlı Turanə Konux tibb müəssisəsinin sanitar qovşağında doğuş həyata keçirib. Bundan sonra onun körpəsini öldürməyə cəhd etdiyi iddia olunur.

Lent.az xəbər verir ki, "Bizim.media" hadisənin təfərrüatını əldə edib.

Məlumata görə, Turanə Xaçmazın Qusarçay kəndində doğulsa da, Xudat şəhərində qeydiyyatdadır.

Üç ildir Quba şəhərində yaşayan Turanə Konux elə həmin rayondan olan evli bir kişi ilə tanış olub və iki ay münasibətləri davam edib. Kişi onun hamilə olduğunu biləndə qadından uzaqlaşıb.

Qadın bu səbəbdən həkimləri aldatmaq istəyib, sanitar qovşaqda uşağı doğduqdan sonra öldürmək istəyib. Cəld tərpənən Quba Rayon Mərkəzi Xəstəxanasının tibb personalı Turanəyə mane olub. Tibb işçiləri körpəyə və anaya təcili tibbi yardım şöbəsində ilk yardım göstəriblər. Ana və oğlan uşağı Quba Regional Perinatal Mərkəzə yerləşdiriliblər.

Hazırda qadının körpəsindən imtina etməsi və onu öldürmək cəhdi ilə bağlı fakt Quba Rayon Prokurorluğunda araşdırılır.

Quba RMX-nin məlumatına görə, yenidoğulmuşun vəziyyəti ağır dəyərləndirildiyindən süni ventilyasiya aparatına qoşulub. Ana isə bu gün evə buraxılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 698

Oxşar yazılar